BAKI, 12 yanvar. TELEQRAF

"Pegasus" Hava Yolları gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar sabah icra olunması planlaşdırılan 46 reysin ləğv edildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat dərc olunub.

Bildirilib ki, İstanbulda yanvarın 11-də axşamdan başlayaraq 12 yanvar tarixində təsirini göstərməsi gözlənilən mənfi hava şəraiti səbəbindən Meteoroloji Fövqəladə Hallar Komitəsinin (MADKOM) qərarı əsasında bəzi uçuşlar dayandırılıb.

Açıqlamada ləğv edilən 46 reyslə bağlı məlumatların təqdim edildiyi, sərnişinlərə uçuşlarının statusunu "Pegasus"un internet saytı və mobil tətbiqi vasitəsilə yoxlamaları tövsiyə olunub.