BAKI, 12 yanvar. TELEQRAF
İran parçalansa, növbəti hədəf Türkiyə olacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Haber7” yazıb.
Türkiyə portalı bildirib ki, ABŞ və İsrail 2003-cü ildən bəri müzakirə edilən Yaxın Şərqdəki uzunmüddətli strateji hədəflərində hələ də israrlıdır:
“O dövrdə “Yaxın Şərqdə 22 ölkənin sərhədlərinin dəyişdirilməsi” adı altında hazırlanmış strategiya nəticəsində bölgənin bir çox ölkəsində faktiki bölünmələr baş verib. Bu baxımdan, İraq, Liviya, Sudan, Yəmən və Suriyadakı durum ortadadır. Bizim üçün önəmli olan hissə isə Suriya, ardınca İranın parçalanması gündəmə gəldikdə, növbəti hədəfin Türkiyə olacağı gerçəyidir”.
Mənbə qeyd edib ki, ABŞ-nin hazırladığı bu strategiyaya illərdir müqavimət göstərən bir neçə ölkə var, bunların başında Türkiyə gəlir:
“Dünənə qədər ABŞ və İsraildən verilən mesajın tonu bir qədər yumşaq olsa da, Tramp da, Netanyahu da tonunu sərtləşdirib. İranın sonuncu şahının oğlu Rza Pəhləvi isə Amerika televiziyasında canlı yayımda Trampa yalvarıb ki, “məni İranın başına gətirin”.
İranda baş verən son hadisələr rejimə ünvanlanmış son dərəcə güclü mesajdır”.
Bununla belə, mənbənin fikrincə, baş verənlər İranda hakimiyyət dəyişikliyi ilə nəticələnməsə də, Türkiyə bütün hallarda ehtiyatlı olmalıdır:
“Çünki İran parçalansa, növbə Türkiyəyə gələcək. Daxili cəbhəni möhkəmlətmək üçün başlayan “Terrorsuz Türkiyə” layihəsinin belə bir tərəfi də var, unutmayaq”.