BAKI, 12 yanvar. TELEQRAF
Böyük Britaniyanın müdafiə naziri Con Hili Kiyevə səfəri zamanı “Oreşnik” raketinin endirildiyi əraziyə yaxın olub.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın "The Sun" nəşri məlumat yayıb.
Bildirilib ki, mənbələrin sözlərinə görə, Hili Lvov yaxınlığında olarkən təhlükə ilə üz-üzə qalıb. Məlumata əsasən, həmin vaxt əraziyə “Oreşnik” raketi buraxılıb.
Qeyd edək ki, bundan əvvəl "Daily Mail" Hili daşıyan qatarın Kiyevə səfəri zamanı fövqəladə şəkildə dayandırıldığını yazmışdı.
Onu da xatırladaq ki, Hili Kiyevə səfəri zamanı jurnalistlərə açıqlamasında, əgər hər hansı bir ölkə liderini oğurlamaq imkanı olsaydı, Vladimir Putini saxlayaraq onu məsuliyyətə cəlb edəcəyini bildirmişdi.