BAKI, 12 yanvar. TELEQRAF
Böyük Britaniyanın "The Telegraph" nəşri ABŞ-nin sabiq və hazırkı rəsmi şəxslərinə istinadla yazır ki, “Marinera” tankerinin ələ keçirilməsi ABŞ Prezidenti Donald Trump tərəfindən Rusiya Prezidenti Vladimir Putinə Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı göndərilən siyasi siqnal kimi qiymətləndirilir.
Teleqraf xəbər verir ki, məqalədə vurğulanır ki, Trampın Rusiya bayrağı altında üzən "Marinera" tankerinin ələ keçirilməsi ilə bağlı qərarı və Moskvaya qarşı yeni sanksiya qanun layihəsini dəstəkləməsi Kremlə açıq mesaj xarakteri daşıyır.
Nəşrin iddiasına görə, bu addımlar Rusiya rəhbərliyini Ukrayna münaqişəsinin nizamlanması məsələsində prosesi sürətləndirməyə sövq etməlidir.
Xatırladaq ki, daha əvvəl Ukraynanın ABŞ-dakı səfirliyi saxlanılan “Marinera” tankerində 17 Ukrayna vətəndaşının olduğunu təsdiqləmişdi.
Yanvarın 8-də isə Rusiya Xarici İşlər Nazirliyi ABŞ hərbçiləri tərəfindən tankerinin ələ keçirilməsini beynəlxalq hüququn pozulması kimi qiymətləndirmişdi.