BAKI, 11 yanvar. TELEQRAF
Avropa ölkələri əlavə qoşunların Qrenlandiyaya göndərilməsini nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" yazır.
Bildirilir ki, məqsəd ABŞ prezidenti Donald Tramp və administrasiyasına Arktika və Qrenlandiyanın təhlükəsizliyinə ciddi yanaşıldığını göstərməkdir.
Almaniya birgə NATO missiyasının Arktikada qorunmasını təklif etməyi planlaşdırır, Böyük Britaniya isə müttəfiqləri şimaldakı hərbi mövcudluğu artırmağa çağırır. Almaniya xarici işlər naziri Yohan Vadeful gələn həftə ABŞ-yə səfər edərək, dövlət katibi Marko Rubio və BMT baş katibi Antonio Quterreşlə görüşəcək.