BAKI, 3 yanvar. TELEQRAF

ABŞ Venesuela ilə bağlı hərbi planları barədə NATO müttəfiqlərini məlumatlandırmayıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a Brüsseldəki diplomatik mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, ABŞ-nin Avropadakı tərəfdaşları Venesuelada baş verənlər barədə məlumatı əsasən kütləvi informasiya vasitələrindən əldə ediblər. Bu səbəbdən Avropa ölkələri hələlik vəziyyətlə bağlı vahid mövqe formalaşdıra bilməyiblər.