BAKI, 4 yanvar. TELEQRAF

Fransa Xarici İşlər Nazirliyi İsveçrənin Krans-Montana kurortunda barda baş verən yanğın nəticəsində doqquz Fransa vətəndaşının həlak olduğunu təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi Paskal Konfavr məlumat verib.

O bildirib ki, 23 Fransa vətəndaşı xəsarət alıb, 9 nəfər isə ölüb.