BAKI, 5 yanvar. TELEQRAF

Tramp Kolumbiyaya qarşı hərbi əməliyyatı istisna etməyib.

Teleqraf xəbər verir ki, ABŞ prezidenti Donald Trump Kolumbiyaya qarşı hərbi əməliyyatın mümkünlüyünü istisna etməyib.

Amerika lideri Kolumbiya prezidenti Gustavo Petronu narkotiklərin istehsalı və satışı ilə məşğul olmaqda ittiham edib.

“Onun kokaindən ibarət zavodları və koka istehsalı fabrikləri var. O, bununla uzun müddət məşğul ola bilməyəcək. Bu, ABŞ tərəfindən həyata keçiriləcək əməliyyat olacaq”, - deyə Tramp bildirib.