BAKI, 5 yanvar. TELEQRAF
2026-cı ildə ÜDM real ifadədə 2,9 faiz artaraq 134,1 milyard manat manat olacaq.
Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, qeyri-neft-qaz ÜDM real ifadədə 5 faiz artaraq
101,7 milyard manat olması gözlənilir. ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 75,8 faizə çatacağı proqnozlaşdırılır.
Proqnozlara əsasən, 2026-cı ildə neft-qaz sektoru üzrə ÜDM real ifadədə 2,4 faiz azalacaqdır.