BAKI, 5 yanvar. TELEQRAF

İcbari Tibbi Sığorta Fondunun 2026-cı il üçün büdcəsinin gəlirləri 1 milyard 976 milyon manat
nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu, 2025-ci illə müqayisədə 595,7 milyon manat və ya 23,2 faiz azdır.

İcbari Tibbi Sığorta Fondunun 2026-cı il üçün büdcəsinin xərcləri 2 milyard 621,5 milyon manat
nəzərdə tutulur. Bu, 2025-ci illə müqayisədə 320,2 milyon manat və ya 10,9 faiz azdır.
Fondun büdcəsinin 645,5 milyon manatlıq kəsirinin Fondun 2025-ci ilin sonuna istifadə olunmamış qalığı hesabına qarşılanması nəzərdə tutulur.