BAKI, 5 yanvar. TELEQRAF
"Azərbaycan Dəmir Yolları" QSC ilə 31 dekabr -4 yanvar qeyri-iş günlərində daşınan sərnişinlərin sayı açıqlanıb.
ADY-dən Teleqraf-a verilən məlumata görə,həmin günlərdə dəmir yolu nəqliyyatı ilə ümumilikdə 62 690 sərnişin daşınıb.
Bu dövrdə Abşeron dairəvi dəmir yolu üzrə 48 542, Bakı-Qazax-Bakı marşrutu (Bakı-Ağstafa-Bakı əlavə reysləri daxil olmaqla) 8 885, digər (Bakı-Qəbələ-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı və Gəncə-Mingəçevir marşrutları) 5 263 nəfər sərnişin daşınıb.
Qeyd edək ki, ADY qeyd olunan tarixlərdə gücləndirilmiş rejimdə fəaliyyət göstərib, ölkədaxili marşrutlar üzrə əlavə reyslər yerinə yetirilib və vaqon sayı tələbata uyğun olaraq artırılıb. Abşeron dairəvi dəmir yolu üzrə isə qatarların hərəkəti şənbə və bazar günlərinin qrafikinə uyğun tənzimlənib.