BAKI, 5 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp müxalifətdə olan Venesuela parlamentinin keçmiş üzvü, Nobel sülh mükafatı laureatı Mariya Korina Maçadoya siyasi dəstək vermək niyyətində deyil. Amerika lideri ona görə bu fikirdədir ki, venesuelalı siyasətçi 2025-ci il mükafatından onun imtina etməyib.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” (WP) mənbələrə istinadla məlumat yayıb.

Mariya Korina Maçado mükafatı qəbul edərkən bunu Donald Trampa həsr etdiyini bildirsə də, ABŞ Prezidenti Nobeldən onun xeyrinə imtina etməməsini “böyük günah” hesab edir.

WP-nin mənbələrindən biri deyib: “Əgər imtina etsəydi və Donald Trampın buna daha layiq olduğu üçün qəbul edə bilməyəcəyini söyləsəydi, bu gün artıq Venesuelanın prezidenti olardı”.