BAKI, 5 yanvar. TELEQRAF

Slovakiyanın baş naziri Robert Fitso Avropa İttifaqının Rusiyaya qarşı yanaşmalarının təhlükəli həddə çatdığını bildirib.

Teleqraf xəbər verir ki, onun sözlərini "RIA Novosti" yayıb.

Fitsо qeyd edib ki, təsdiqlənmiş hərbi kreditlərlə birlikdə Aİ-nin Ukraynaya Rusiya ilə müharibədə dəstək üçün ayırdığı vəsait artıq 280 milyard avroya çatıb. O, sanksiya paketlərini, Rusiya aktivlərinin dondurulmasını xatırladaraq Brüsseldəki məmurların Rusiyaya qarşı nifrət zəminində hansı qərarları qəbul etdiyini anlamadığını vurğulayıb.

Slovakiya hökumətinin başçısı əlavə edib ki, Aİ-nin xarici siyasətində Rusiyaya qarşı nifrət üstünlük təşkil edir.