BAKI, 5 yanvar. TELEQRAF
Karakasın mərkəzində Maduroya dəstək aksiyası keçirilib.
Teleqraf xəbər verir ki, Venesuela paytaxtı Karakasın mərkəzində ölkə prezidenti Nikolas Maduroya dəstək məqsədilə kütləvi aksiya keçirilib.
RT-nin “Telegram” kanalında yayımlanan görüntülərdə iştirakçıların şüarlar səsləndirdiyi, bəzilərinin Venesuela bayraqları qaldırdığı görünür. Bildirilir ki, aksiyada Venesuelanın sabiq prezidenti Uqo Çavesin qızı Rosines də çıxış edib.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyat keçirib. Əməliyyat zamanı prezident Nikolas Maduro həyat yoldaşı Siliya Floreslə birlikdə saxlanılaraq ölkədən çıxarılıb.