BAKI, 5 yanvar. TELEQRAF

2025-ci il dekabrın 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 272,7 milyon manat olub.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, bu da ümumi daxili məhsulun (ÜDM) 19,5 %-i deməkdir.

Ötən ilin əvvəli ilə müqayisədə xarici borc 309 milyon ABŞ dolları və yaxud 6 % azalıb.

Borcun 17 milyard 77,5 milyon manatı daxili, 4 milyard 820,7 milyon ABŞ dolları və yaxud 8 milyard 195,2 milyon manatı isə xarici borc olub.

Qeyd edək ki, 2026-cı il üzrə xarici dövlət borclanmasının yuxarı həddi 6 milyard manat, daxili dövlət borclanmasının yuxarı həddi
2 milyard manat müəyyən edilib. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 3 milyard manat
məbləğində müəyyənləşdirilib.