BAKI, 5 yanvar. TELEQRAF

ABŞ-nin Venesuelada keçirdiyi hərbi əməliyyat zamanı prezident Nikolas Maduronu müdafiə edən 32 Kuba vətəndaşı həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Kuba prezidenti Migel Dias-Kanel məlumat verib.

Onun sözlərinə görə, döyüş tapşırıqlarını yerinə yetirərkən 32 Kuba vətəndaşı həyatını itirib.

Məlumat "Cubadebate" portalında dərc olunub.

Hadisə ilə əlaqədar Kubada iki günlük matəm elan edilib.