BAKI, 5 yanvar. TELEQRAF
Növbəti tədris ili üçün dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təqribən 5 min 210 nəfər artırılaraq 151 min 100 nəfərə çatacağı gözlənilir.
Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, təqaüd alan tələbələrın sayının isə 7 min 520 nəfər artırılaraq 121 min 280 nəfərə çatdırılması nəzərdə tutulub.
Bunun üçün ayrılacaq 589 milyon manat vəsaitin 412 milyon manatı təhsil, 177 milyon manatı təqaüd xərclərinə yönəldiləcək.