BAKI, 5 yanvar. TELEQRAF
ABŞ prezidenti Donald Tramp Kuba hakimiyyətinin süquta yaxın olduğunu düşündüyünü bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə açıqlamasında deyib: “Kuba süquta hazırdır. Vəziyyət elədir ki, ölkə dağılmağa yaxındır”.
Bununla belə, Amerika lideri Kubaya qarşı hər hansı konkret addımların atılmasının zəruriliyinə şübhə ilə yanaşdığını da qeyd edib.
Qeyd edək ki, daha əvvəl ABŞ dövlət katibi Marco Rubio "NBC News"a müsahibəsində Kuba hökumətinin ciddi problemlərlə üzləşdiyini bəyan etmişdi.
Həmçinin, Pentaqonun sabiq analitiki Maykl Maluf RT-yə açıqlamasında ABŞ-nin Venesueladakı əməliyyatından sonra Kubanın növbəti hədəfə çevrilə biləcəyini istisna etməmişdi.