BAKI, 5 yanvar. TELEQRAF
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əş-Şaarla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi məlumat yayıb.
Görüş zamanı iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi, səfər mübadilələrinin təşviqi və hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın qurulmasının əhəmiyyəti xüsusi vurğulanıb.