BAKI, 5 yanvar. TELEQRAF
Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru Rauf Abdullayev xəstəxanadan evə buraxılıb.
Bu haqda Teleqraf-a Rauf Abdullayevin həyat yoldaşı Munisa Abdullayeva məlumat verib.
"Həyat yoldaşımın səhhəti yaxşıdır. Müalicəsi ev şəraitində davam edir", - deyə o, əlavə edib.
Qeyd edək ki, 88 yaşlı Rauf Abdullayev Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi. O, halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətlərilə klinikaya daxil olmuşdu.