BAKI, 5 yanvar. TELEQRAF
2025-ci il 1 dekabr tarixinə daxili dövlət borcu 17 milyard 77,5 milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 13,2 faizini təşkil edib.
Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, 2025-ci ilin əvvəli ilə müqayisədə daxili dövlət borcu 1 milyard 582,2 milyon manat və ya 8,5 faiz azalıb.
Daxili dövlət borcunun 8 milyard 18 milyon manatını dövlət qiymətli kağızları üzrə qalıq borc təşkil edir. Bunun 7 milyard 837,9 milyon manatını daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazlarının, 180,1 milyon manatı veksellər üzrə qalıq borcun payına düşür. Daxili dövlət borcunun yerdə qalan 9 milyard 59,5 milyon manatını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması və toksik aktivlərinin reallaşdırılması tədbirləri çərçivəsində buraxılmış dövlət zəmanətli qiymətli kağızlar üzrə hökumətin üzərinə götürdüyü öhdəliklər təşkil edir.