BAKI, 3 yanvar. TELEQRAF
ABŞ Karakasda yerləşən və keçmiş Venesuela lideri Uqo Çavesin məzarlığı kimi tanınan Cuartel de la Montana binasına zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.
Məlumata görə, bina əvvəllər hərbi muzey olub, Çavesin ölümündən sonra isə onun məzarlığına çevrilib.
Hazırda binada ölkənin keçmiş liderinin qalıqları saxlanılır.
Hələlik rəsmi açıqlama verilməyib.