BAKI, 2 yanvar. TELEQRAF

Kanadanın Baş naziri Mark Karni 5-6 yanvar tarixlərində Parisdə keçiriləcək "könüllülər koalisiyası"nın iclasında iştirak etmək üçün Fransaya səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Kanada Baş nazirinin ofisi məlumat yayıb.

Bəyanatda vurğulandığı kimi, görüş iştirakçıları Ukraynadakı sülh prosesini, eləcə də Kiyev üçün təhlükəsizlik zəmanətlərini müzakirə etməyi planlaşdırırlar.

Dekabrın 29-da Fransa Prezidenti Emmanuel Makron yanvarın əvvəlində Parisdə "könüllülər koalisiyası"nın iclasının keçiriləcəyini elan etmişdi.