BAKI, 2 yanvar. TELEQRAF
SpaceX-in təsisçisi İlon Mask Somalinin BMT-dəki daimi nümayəndəsi Abukar Dahir Osmanın həbs olunmasına çağırış edib.
Teleqraf xəbər verir ki, Mask "X"-də müvafiq bəyanat dərc edərək diplomatın ABŞ-də maliyyə fırıldaqçılığında iştirakı ilə bağlı iddiaları şərh edib.
Mask, Osmanın əvvəllər Amerika vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən və "Medicaid" fırıldaqçılığında günahkar bilinən bir səhiyyə şirkətinə sahib olduğunu iddia edən bir paylaşımda "Onu həbs edin" yazıb. Paylaşımda həmçinin diplomatın guya hökumətin "Medicaid" agentliyində nəzarətçi işlədiyi iddia edilib.