BAKI, 2 yanvar. TELEQRAF
Olkiluoto-2 (OL2) nüvə reaktoru texniki nasazlıq səbəbindən dayanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
Atom Elektrik Stansiyasının (AES) bağlanması qışın ən aşağı temperaturu ilə əlaqədardır. Finlandiyada ötən həftə sonu baş verən şiddətli fırtınadan sonra təxminən 800 ev elektriksiz qalıb.
Elektrik təchizatçısı "Nord Pool" şirkətinin məlumatına görə, reaktorun fəaliyyətini bərpa etmək 16 saat çəkəcək. Təchizatçının şimal şəbəkəsi "nüvə adasındakı texniki nasazlıq" səbəbindən gücün "planlaşdırılmamış şəkildə istifadəyə yararsız olması" barədə xəbərdarlıq edib.
Olkiluoto reaktorları Rauma şəhəri yaxınlığında, Botniya körfəzindəki bir adada yerləşir.
Qeyd olunur ki, 1982-ci ildən bəri fəaliyyət göstərən OL2 reaktorundakı nasazlıq onun avtomatik olaraq təcili olaraq dayandırılmasına səbəb olub.