BAKI, 2 yanvar. TELEQRAF
"2026-cı il Ermənistan üçün siyasi cəhətdən əhəmiyyətli bir il olacaq, çünki 7 iyunda parlament seçkiləri gözlənilir. Amma hələlik heç bir qərar yoxdur".
Teleqraf xəbər verir ki, bu fikirləri erməni mətbuatına Daşnaksütyun Ali Orqanının üzvü Geqam Manukyan deyib.
“Biz ciddi qərarlar qəbul edən bir partiyayıq; yəni heç bir qərar bizim fərdi zövqünə əsaslanaraq verilmir”, - deyən Geqam Manukyan əlavə edib ki, bəlkə də 2026-cı illə bağlı yaxın aylarda qərar ictimaiyyət açıqlanacaq.
Millət vəkilinin sözlərinə görə, həm müxalifətin, həm də onun partiyasının 2026-cı il üçün əsas məqsədi səslərin boşa getməməsi üçün mümkün olan hər şeyi etməkdir.