BAKI, 2 yanvar. TELEQRAF

Meksika sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, Meksikanın cənub-qərbindəki Gerrero ştatında 6,5 ​​bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin episentri 187 min nəfərin yaşadığı Çilpansinqo şəhərindən 42 km cənub-şərqdə, ocağı isə 42 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.