Estoniya təhlükəsizliyi əsas gətirərək, rus pravoslav keşişi Roman Kolesnikovun ölkəyə girişini qadağan edib.
Teleqraf xəbər verir ki, bu barədə Estoniyanın "ERR" kanalı məlumat yayıb.
Məlumata görə, Kolesnikov Moskva Patriarxlığının Estoniya Pravoslav Kilsəsində 2025-ci ilin payızında xidmətə başlayıb. Estoniya Daxili İşlər Nazirliyi qadağanın onun Rusiyanın xarici siyasətini dəstəkləməsi ilə bağlı olduğunu izah edib. O, bu səbəbdən ölkəyə girişi rədd edilən üçüncü ruhanidir.
2023-cü ildə Estoniya Daxili İşlər Nazirliyi Tallinn və Bütün Estoniya Metropoliteni Yevgeniyə Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını dəstəklədiyini, Rus Pravoslav Kilsəsinin siyasi bəyanatlarını və ya rusiyapərəst qüvvələrlə tərəfdaşlığını açıq şəkildə ifadə edəcəyi təqdirdə ölkədən qovulma riski ilə bağlı xəbərdarlıq edib.