BAKI, 2 yanvar. TELEQRAF
Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşçenko Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahına rəhbərlik edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski İvaşçenko ilə görüşündən sonra "Telegram" -da bildirib.
Zelenski qeyd edib ki, bu gündən etibarən Oleq İvaşçenko dövlətimizə xidmət etməyə və Ukrayna hərbi kəşfiyyatının mövqelərində Rusiyanın hərbi potensialını məhdudlaşdırmaq vəzifələrini yerinə yetirməyə davam edəcək.