BAKI, 2 yanvar. TELEQRAF
Rusiyanın Xarkovda yaşayış binasına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Xarkov meri İqor Terekov Telegram -da məlumat yayıb.
"Hazırda 30 nəfər yaralanıb", - deyə o yazıb.
Daha əvvəl Xarkov Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov 25 nəfərin yaralandığını bildirmişdi.