BAKI, 2 aprel. TELEQRAF
“İrandakı müttəfiqləriniz məğlub oldu, siz və yoldaşlarınız da çox ağır bədəl ödəyəcəksiniz”.
Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats “Hizbullah” hərəkatının baş katibi Naim Qasıma müraciətində deyib.
“Siz də sağ qalmayacaqsınız, Nəsrullah, Xamenei, Sinvar və şər oxunun bütün məhv edilmiş üzvləri ilə birlikdə cəhənnəmin dərinliklərində olacaqsınız. Naim Qasım, siz və yoldaşlarınız Pesax bayramı zamanı İsrailə hücumları artırmağın bədəlini çox ağır ödəyəcəksiniz”, - müdafiə naziri bildirib.