BAKI, 2 aprel. TELEQRAF

“Rusiyadan benzin idxalı ilə bağlı problemlərin yarandığı barədə hələlik məlumat verilməyib”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində Rusiya hakimiyyətinin benzin ixracını dayandırmaq qərarını şərh edərkən bildirib.

Baş nazir Ermənistan bazarının belə bir ssenariyə az-çox hazır olduğunu deyib.

“Son aylarda Ermənistanda əlavə qiymətlərə səbəb olan inhisarları aradan qaldırdıq və alternativ idxal bazarları da (Azərbaycandan yanacaq tədarükünü nəzərdə tutur – red.) əldə etdik. Rusiya hakimiyyətinin qərarının təfərrüatlarından xəbərsizəm”, - Paşinyan qeyd edib.