BEYLƏQAN, 2 aprel. TELEQRAF

Beyləqanda minik maşını aşıb, 2 nəfər xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə Birinci Şahsevən kəndi ərazisində baş verib.

Hərəkətdə olan "Niva" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə rayon sakinləri 1977-ci il təvəllüdlü Qurbanov İlham Mütəllim oğlu və 1986-cı il təvəllüdlü Quliyev Müslüm Maşallah oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.