BAKI, 19 dekabr. TELEQRAF
Rusiya seçki günü Ukraynada zərbə endirməmək məsələsini müzakirə etməyə hazırdır.
Teleqraf "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
“İndi sürpriz olacaq bir şey deyə bilərəm. Ukraynadakı seçkilər zamanı təhlükəsizliyin təmin edilməsi məsələsini müzakirə etməyə hazırıq. Ən azından, seçki günü ərazinin dərinliyinə zərbə endirməyi dayandırmağı müzakirə edə bilərik” , - deyə Putin mətbuat konfransında bildirib.