BAKI, 18 dekabr. TELEQRAF
Ukrayna gələn il üçün dövlət büdcəsi kəsirinin ödənilməsi üçün hazırda Brüsseldə keçirilən Aİ sammitində cavab almalıdır.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Ukraynanın gələn il üçün maliyyə imkanları aydın deyil: "Bu, həqiqətən də təhlükədir. Mütləq 45-50 milyard, bəlkə də daha çox kəsir olacaq. Bu, Ukraynanın özünü müdafiə etmək qabiliyyəti ilə bağlıdır. Bunlar çox yüksək risklərdir".
Zelenski Aİ-nin Ukraynanın xərclərini hansı formada maliyyələşdirəcəyini dəqiqləşdirməyib: "Ukraynaya dəstəyin formatı barədə fərziyyə irəli sürmək istəməzdim. Liderlərin əksəriyyəti təzminat kreditini, başqaları isə digər alətləri dəstəkləyir. Gələn il hadisələrin necə inkişaf edəcəyini bilmirik. Müharibəni bitirmək üçün əlimizdən gələni edirik. Bütün səylərimiz bu müharibənin diplomatik yolla başa çatmasına yönəlib. Lakin Rusiya tərəfindən qarışıq siqnallar eşidirik, onlar sülhdən daha çox müharibəyə xidmət edir".