BAKI, 16 dekabr. TELEQRAF

Polşanın Tarnobjeq şəhərində yeniyetmə pala və elektroşok qumbaraları ilə yerli məktəbə hücum edib.

Teleqraf xəbər verir ki, mühafizəçi 14 yaşlı oğlanı məktəbdən uzaqlaşdıra bilib.

Polis silahlı şəxsi saxlayıb.

Məlum olub ki, yeniyetmə anasının məktəbdəki işindən xaric edilməsinə etiraz olaraq bu addımı atıb.