BAKI, 13 dekabr. TELEQRAF
Qəzza zolağında güclü yağış və kəskin temperatur enməsi humanitar böhranı daha da dərinləşdirib.
Teleqraf xəbər verir ki, İsrailin iki illik intensiv bombardmanından sonra çadırlarda yaşayan 2,2 milyon əhalinin böyük hissəsi təbii fəlakət qarşısında tam müdafiəsiz qalıb. Güclü sel suları minlərlə insanın müvəqqəti sığınacaqlarını dağıdıb.
"The Guardian" yazır ki, fövqəladə yağışlar nəticəsində çadır şəhərciklərinin böyük bölümü su altında qalıb, ailələr gecə saatlarında çadırlardan çıxmaq məcburiyyətində qalıb, müvəqqəti düşərgələr yararsız hala düşdüyü üçün insanlar təcili sığınacaqlara yönləndirilib.
Yerlı mənbələr bildirir ki, bəzi ərazilərdə uşaqlar və ahıllar hipotermiya riski ilə üz-üzə qalıb, yardım təşkilatları isə artıq mövcud humanitar böhranın daha da ağırlaşdığını vurğulayır.
Qeyd edək ki, mövcud şəraitdə su, qida və tibbi təchizat çatışmazlığı davam edir və hava şəraiti Qəzzada yaşayan milyonlarla insanın həyatını təhlükə altına salır.