BAKI, 2 aprel. TELEQRAF

Azərbaycan Dəmir Yolları Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisini davam etdirir.

Bu barədə Teleqraf-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Layihə çərçivəsində Əsgəran, Xocalı və Xankəndi stansiyalarının inşası nəzərdə tutulur.

Bildirilib ki, yeni dəmir yolu xətti ən müasir standartlar əsasında qurulur və ölkədaxili nəqliyyat mobilliyinin gücləndirilməsinə mühüm töhfə verəcək.