BAKI, 2 aprel. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə TDT-nin iqtisadi tərəfdaşlıq üzrə daimi şurasının yaradılması vacibdir.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistanın Baş naziri Abdulla Aripov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci iclasında bildirib.
O, həmçinin Türk dövlətlərinin sənaye ittifaqının qurulmasını və strateji minerallar üzrə əyani əməkdaşlıq proqramının qəbul edilməsini təklif edib:
"Tranzit vaxtının azaldılması və ticarət üçün münasib şəraitin yaradılmasına yönəlmiş "türk yaşıl dəhlizləri" elektron sisteminin tətbiqinə xüsusi əhəmiyyət verilir. Bu təşəbbüs ticarət dövriyyəsini gözəçarpan dərəcədə artıracaq və logistika əməliyyatlarının effektivliyini çoxaldacaq".
A.Aripov həmçinin yaşıl enerji sahəsində "Yaşıl Transformasiya Konsorsiumu"nun təsis edilməsinin dayanıqlı enerji inkişafı üçün mühüm addım olacağını vurğulayıb.