BAKI, 2 aprel. TELEQRAF

Orta Dəhlizin təsisat statusunu artırmaq məqsədilə bu il Azərbaycanla müvafiq hökumətlərarası sazişin imzalanması planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Baş naziri Oljas Bektenov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci iclasında bildirib.

O qeyd edib ki, bu marşrutun sabitliyini qoruyub saxlayaraq, onun Zəngəzur dəhlizinin açılması ilə inteqrasiyasını təmin etmək zəruridir.

Baş nazirin sözlərinə görə, Qazaxıstan bu istiqamətdə mühüm layihələrdə iştirak etməyə hazırdır.

"Hazırda bir sıra Qazaxıstan şirkətləri dəmir yolu infrastrukturunun tikilməsi və müasirləşdirilməsi üzərində işləmək arzusundadır", - Oljas Bektenov vurğulayıb.