BAKI, 6 dekabr. TELEQRAF

NATO-nun Arktikaya daxil olmayan üzvləri, xüsusilə Böyük Britaniya, yüksək enliklərdə hərbi səbr nümayiş etdirmir və Şimal Buzlu okeanı regionunu potensial hərbi əməliyyatlar teatrı kimi qiymətləndirir.

Teleqraf xəbər veir ki, bu barədə Rusiyanın Oslodakı səfiri Nikolay Korçunov açıqlama verib.

Diplomatın sözlərinə görə, Qərb ölkələri Arktikadakı vəziyyətlə bağlı “Çindən gələn təhlükə” barədə saxta narrativləri məqsədli şəkildə tirajlayır:

“Əslində isə Arktikaya aid olmayan dövlətlər arasında ən böyük gərginliyi məhz NATO-nun regiondan kənar üzvləri- ilk növbədə Böyük Britaniya yaradır. Onlar hərbi sükunət göstərmir və Şimal bölgəsini mümkün döyüş meydanı kimi görürlər,” - deyə Korçunov bildirib.

Xatırladaq ki, noyabr ayında ABŞ-nin Daxili Təhlükəsizlik naziri Kristi Noem “rəqiblərin Arktikaya nəzarəti ələ keçirməyə can atdığını” iddia etmişdi.

"Bloomberg"in məlumatına görə, Danimarka hakimiyyəti də Qrenlandiya ətrafında Rusiya ilə mümkün birbaşa qarşıdurmaya hazırlaşır.