BAKI, 5 dekabr. TELEQRAF

ABŞ-yə 30-dan çox ölkənin vətəndaşları üçün giriş qadağan edilə və ya məhdudlaşdırıla bilər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem "Fox News" telekanalına müsahibəsində danışıb.

Nazirin sözlərinə görə, söhbət sabit hökuməti olmayan ölkələrdən gedir.

“Dəqiq sayı deməyəcəyəm, amma 30-dan çoxdur. Əgər həmin ölkələr bizə ABŞ-yə gəlmək istəyən şəxslərin kim olduğunu izah edə və onların yoxlanılmasına kömək edə bilmirsə, biz niyə bu ölkələrin sakinlərini ABŞ-yə buraxmalıyıq?” – deyə o vurğulayıb.

Amerika KİV-lərinin məlumatına görə, Vaşinqton hazırda ABŞ-yə girişin qadağan edildiyi və ya məhdudlaşdırıldığı ölkələrin siyahısını 19-dan 32-yə qədər genişləndirməyi müzakirə edir.

Qeyd olunur ki, Kristi Noem bundan əvvəl milli təhlükəsizliyə daha çox təhdid yaradan ölkələrin vətəndaşları üçün tam giriş qadağası tətbiq edilməsi təklifi ilə çıxış etmişdi. Bu açıqlamalar ötən həftə ABŞ Milli Qvardiyasının hərbçilərinə qarşı hücumdan sonra verilib.