BAKI, 23 sentyabr. TELEQRAF
ABŞ qış mövsümünə qədər Ukraynada qismən atəşkəs razılığının əldə olunmasına çalışır.
Teleqraf xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb "Bloomberg" agentliyinə müsahibəsində açıqlama verib.
"Onlar qışa qədər qismən atəşkəsə nail olmağa çalışırlar. Energetika infrastrukturuna zərbələrin qarşılıqlı dayandırılması sülh sazişinin şərti ola bilər",- o qeyd edib.