BAKI, 23 sentyabr. TELEQRAF
Rumıniya Prezidenti Nikuşor Dandan Avropada əhəmiyyətli ABŞ hərbi kontingentinin saxlanılmasının tərəfdarı olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bunu N.Dan CNN telekanalına müsahibəsində deyib.
"ABŞ ilə yaxşı hərbi və diplomatik əlaqələrə malik olaraq, amerikalı hərbçilərin Avropa daxilində proporsional şəkildə paylanmasının yaxşı siqnal olacağını düşünürəm",- N.Dan bildirib.
Rumıniya lideri Ukraynaya yardımın artırılmasının və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin vacibliyini də vurğulayıb.