BAKI, 4 dekabr. TELEQRAF
Birləşmiş Ştatlar hesab edir ki, ATƏT sülh üçün mövcudluğu zəruri olan aktorları “kənara çəkməyi” dayandırmalıdır; Rusiyanın iştirak etdiyi münaqişə yalnız Rusiyanın iştirakı ilə həll edilə bilər.
Teleqraf xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən plenar iclasında ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun yüksək vəzifəli rəsmisi Brendan Henraqan deyib.
"ATƏT sülh üçün mövcudluğu zəruri olan aktyorları kənara qoymağı dayandırmalıdır. Rusiyanın iştirak etdiyi münaqişə yalnız Rusiyanın iştirakı ilə həll edilə bilər. Bu, praktiki reallıqdır. Və bu, heç bir hökumətin davranışının təsdiqi deyil", - Henraqan bildirib.
Amerikalı diplomatın fikrincə, ATƏT Balkanlarda və Qafqazda “böhranları sakitləşdirə” bildi, ona görə ki, “bütün tərəflər təmsil olundu və münaqişələri həll etməyə çalışırdı”.
"Birləşmiş Ştatlar ATƏT-i islahatlara sövq etmək üçün çalışacaq. Lakin bu, yarıtmaz niyyətli, ucu açıq layihə ola bilməz. Bu, ciddi və təcili olmalıdır. Əgər ATƏT indiki kursunu davam etdirsə, Birləşmiş Ştatlar bu layihədə iştirakını nəzərdən keçirməyə davam edəcək", - Dövlət Departamentinin sözçüsü bildirib.
O vurğulayıb: ABŞ ATƏT-in dəyişə və təsirli ola biləcəyinə inanır, lakin "simvolik jestlər və ya ritorik öhdəliklər" deyil, "real və ciddi dəyişikliklər" gözləyir.
Diplomatın fikrincə, ATƏT öz əsas funksiyalarına qayıtmalı, resursları konfranslara və hesabatlara deyil, “sabitliyi dəstəkləyən missiyalara” sərf etməli, həmçinin bütün iştirakçı dövlətlər üçün minimum töhfələr səviyyəsini müəyyən etməli və təşkilatın büdcəsini azaltmalıdır.
"Biz ABŞ-nin BMT-yə ayırdığı maliyyəni əhəmiyyətli dərəcədə azaltdığımız kimi, ATƏT də özünün əsas funksiyalarına qayıtmalıdır. Təşkilatın fəaliyyət dairəsini cəmləşdirmək və daraltmaq daha sıx resurslardan istifadə etmək deməkdir. Bu məqsədlə ABŞ 2026-cı ilin dekabrına qədər illik büdcəni ən azı 15 milyon avro azaltmağı gözləyəcək", - Henraqan bildirib.
Onun sözlərinə görə, maliyyə islahatları struktur islahatları ilə müşayiət olunmalıdır.