BAKI, 1 dekabr. TELEQRAF

Venesuela Prezidenti Nikolas Maduro ABŞ nümayəndələri ilə aparılan qeyri-rəsmi danışıqlar zamanı 18 aydan sonra hakimiyyətdən getməyə hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Maduro administrasiyası ölkələr arasında dialoqun qurulması məqsədilə ABŞ Prezidenti Donald Trampın nümayəndələrinə müraciət edib.

Nikolas Madurodan belə bir istefa təklifini Karakas və Vaşinqton arasında gərginliyin azaldılması üçün məqbul variant kimi qiymətləndirdiyi qeyd olunub.