BAKI, 26 noyabr. TELEQRAF

Qvineya-Bissauda hakimiyyəti ələ keçirən hərbçilər hökumətin funksiyalarını yerinə yetirəcək Asayişin Bərpası üzrə Ali Hərbi Komandanlığın yaradıldığını elan ediblər.

Teleqraf xəbər verir ki, bu barədə briqada generalı Denis N'Kanyan məlumat verib.

Hərbçilərin sözlərinə görə, yeni qurum ölkəni müvəqqəti idarə edəcək. Komandanlığa rəhbərlik edən konkret şəxsin adı hələ açıqlanmayıb.

Çevrilişdən sonra ordu bütün mülki qurumların fəaliyyətini dayandırıb, sərhədləri bağlayıb və komendant saatı tətbiq edib.

Bir neçə saat əvvəl hazırkı prezident Humaro Sissoko Embalo çevriliş zamanı prezident sarayında həbs olunub.

O, hakimiyyətdən uzaqlaşdırıldığını təsdiqləyib.