BAKI, 24 noyabr. TELEQRAF

NATO qırıcıları Estoniya üzərində yenidən təlim uçuşları həyata keçirmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Estoniya Milli Televiziyası məlumat yayıb.

Bu, NATO hərbi təyyarələrinin üçüncü təlimidir.

“Noyabrın 24-dən 30-dək müttəfiqlərin qırıcı təyyarələri Estoniyanın hava məkanında bir sıra təlim uçuşları həyata keçirəcək”, - məlumatda deyilir.