BAKI, 17 noyabr. TELEQRAF

Amerikanın neft və qaz nəhəngi "Chevron" Ruaiyanən "Lukoil" şirkətinin xarici aktivlərini almağı düşünür.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumatda qeyd olunur: “Chevron" bütün portfeli təmsil etməkdənsə, şirkətin aktivləri ilə üst-üstə düşən "Lukoil" aktivlərinin alınması variantlarını araşdırır”.

Oktyabrın 23-də ABŞ Maliyyə Nazirliyi Rusiyanın ən böyük neft şirkətlərinə qarşı sanksiyalar elan edib . Bunun ardınca oktyabrın 27-də “Lukoyl” məhdudiyyətlərə görə xarici aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb .

“Lukoil” şirkəti beynəlxalq aktivlərinin satışı ilə bağlı bir neçə potensial alıcı ilə danışıqlar apardığını açıqlayıb.