BAKI, 1 aprel. TELEQRAF

NATO Avro-Atlantik məkanda təhlükəsizliyi təmin etmək üçün yaradılmış hərbi ittifaqdır.

Teleqraf xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyinin ABŞ Prezidenti Donald Trampın Amerikanın NATO-dan çıxa biləcəyi ilə bağlı açıqlamasında cavabında bildirilib.

“NATO Hörmüz boğazında beynəlxalq hüquqa zidd əməliyyatlar aparmaq məqsədi daşımır”, - nazirlik qeyd edib.

Donald Tramp bundan öncə Böyük Britaniyanın “The Telegraph” nəşrinə müsahibəsində bəyan etmişdi ki, Vaşinqton NATO-dan çıxma məsələsini ciddi şəkildə nəzərdən keçirir.

ABŞ lideri NATO üzvlərinin İranla müharibədə və Hörmüz boğazının açılması prosesində ölkəsinə dəstək verməməsindən narazıdır. NATO üzvləri isə dünya neftinin 20 faizinin keçdiyi boğazın yenidən açılmasına kömək etməkdə tərəddüd edirlər. Tehran boğazı faktiki olaraq həftələrdir bağlayıb, bu da dünya bazarlarında neft-qaz qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub, qlobal iqtisadi tənəzzül təhlükəsi yaradıb.